1.1 Lotereyanın adı və keçirilmə forması: “Finalda Qazan” tirajlı stimullaşdırıcı lotereya (bundan sonra – Lotereya)
1.2 Lotereyanın təşkilatçısı:
«SUN FOOD»
Məhdud Məsuliyyətli Cəmiyyəti
ÜNVAN: AZ 1029
Bakı şəhəri , Z. Bünyadov pr., 2084-cü məhəllə
tel: 514-36-30 faks: 514-38-67
VÖEN: 9900020861
AZ84CAPN00000000000168460006
BANK: “Azərbaycan Sənaye Bankı” ASC Dərnəgül filialı
KOD 504722
VÖEN 9900007981
M/h AZ56NABZ01350100000003016944
S. W. İ. F. T. CAPNAZ 22
1.3 Lotereyada iştirak edə bilmə müddəti 15.09.2022-ci il tarixindən 31.12.2022-ci il tarixinədəkdir. Lotereyanın məqsədi Final çay istehlakçılarına avtomobiller və mobil telefonlar qazanma şansını vermək, onları sevindirməkdir.
1.4 Lotereyada iştirak hüququ Lotereyaya daxil olan Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea məhsullarının 225 qramlıq və 450 qramlıq məhsul qutularının içərisindəki şifrələrin 6625 qısa nömrəsinə göndərilməsi ilə təspit olunur. Lotereyada iştirakçı olan hər şifrəli Final qutusu üçün avtomatik qaydada bir sıra sayısı göndəriləcək. Uduş fondunun oynanılması zamanı hansı çay qutusundakı şifrəyə verilmiş sıra sayısı çıxarsa, həmin qutunun sahibi iştirakçı bu Lotereyada qalib olmuş olacaqdır. Hər şifrəli qutu ilə lotereyada yalnız 1 (bir) iştirak hüququ vardır. Lotereya müddətində 3 (üç ) tiraj keçiriləcək və hər tirajda Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 450 qramlıq məhsullar üçün hər ay 3 (üç) Volkswagen Polo avtomobili, 225 qramlıq məhsullar üçün isə 60 ədəd Samsung Galaxy M52 Samsung Galaxy M52 mobil telefon uduşları (uduş fonunda göstərilən) oynanılacaq. Toplamda isə 9 (doqquz) ədəd avtomobil ilə yanaşı 180 mobil telefon oynanılacaqdır. Şifrə ilə birlikdə qeyd olunub göndərilən iştirakçının ad, soyad və şəxsiyyət vəsiqəsində qeyd edilən yaşayış yeri əlavə məlumat üçündür. İştirakçı olmaq üçün istifadə olunan telefon nömrəsi Lotereyada vasitə əhəmiyyəti daşıyır.
1.5 Lotereya Azərbaycan Respublikası ərazisində keçirilir. Lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcısı qismində 6625 nömrəsinə göndərilən şifrəyə verilən sıra sayısı olacaqdır. Qutuların üst yan qapaq altlarında çap olunan şifrələr xüsusi komputer proqramı vasitəsi ilə rasgələ seçilmiş toplamda 6 simvoldan ibarət rəqəm və hərflərdən oluşacaqdır. Misal üçün, NR7S9J.
1.6 Sıra sayıları ‘1’ rəqəmindən başlayaraq verilməyə başlanacaqdır. Lotereyaya daxil olan 450q-lıq və 225 qramlıq Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea çayların şifrəli qutularındakı Final çayları ölkə ərazisindəki marketlərdən əldə oluna bilər. Həmin çaylar eyni zamanda içtimai iaşə müəssisələri tərəfindən də sifariş oluna bilər.
2.1. Bu qaydaların 2.4 bəndində göstərilənlər istisna olmaqla, Azərbaycan Respublikası ərazisində satışa verilmiş Final çay markasının Lotereyaya daxil olan 225 və 450 qramlıq Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea qutularının içərisindəki şifrələri sms vasitəsi ilə 6625-ə göndərən və Azərbaycan Respublikasi vətəndaşı olan hər kəsin könüllü şəkildə Lotereya iştirakçısı olma hüququ vardır.
2.2. Uduş fondunun oynanılmasında iştirak etmək istəyənlər qutunun içərisində yerləşən 6 (altı) simvoldan ibarət şifrəni, ad, soyad və yaşayış yeri bilgiləri ilə birlikdə yazıb kəlimələr arasında bir boşluq buraxmaqla qısa mesaj (sms) vasitəsi ilə 6625 qısa nömrəsinə göndərməlidir. Müraciət pulsuzdur və hər iştirakçıya şəbəkə daxili zənglər üçün 450 qramlıq məhsullarda 5 dəqiqə, 225 qramlıq məhsullarda 3 uduş dəqiqə qazanılır. Lakin, düzgün şifrəni göndərmək üçün ən çox 3 haqq verilir. Son 24 saat ərzində eyni nömrədən ardarda 3 dəfədən çox səhv şifrə göndərilərsə, həmin 24 saat içərisində sonrakı müraciət cəhdləri diqqətə alınmayacaqdır. 6625 qısa nömrəsinə yalnız Bakcell və ya Azercell nömrələrindən sms göndərilə bilər (fakturalı xətt istifadəçiləri iştirakçı ola bilər, lakin dəqiqə uduşu şamil olunmur.)
2.3. Göndərilən şifrə qəbul edildikdə, Şifrəni göndərən şəxsə sistem tərəfindən avtomatik qaydada həmin şifrəli qutu adına bir sıra sayısı cavabı gələcək və həmin sıra sayısı sistem tərəfindən də qeydiyyata alınmış olacaqdır.
2.4. Uduş fondunun oynanılması sistem tərəfindən iştirakçılara göndərilmiş iştirakçı sıra saylarına görə həyata keçiriləcəkdir.
2.5. İştirakçı şifrələrinin yerləşdiriləcəyi Final çay 450q-lıq qutularının ön sağ yuxarı küncündə Lotereyada oynanılacaq Volkswagen Polo avtomobilinin görüntüsü, Final çay 225 qramlıq məhsulların isə sağ üst künçündə lotereyada oynanılacaq Samsung Galaxy M52 Mobil Telefon görüntüsü və qutunun üstündə Lotereyada iştirakçı olmaq istəyənlər üçün qısa məlumat bölümü yer alacaqdır.
2.6. «Lotereyalar haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakı şəxslər Lotereyanın iştirakçısı sayılmır və iştirak etmə hüququna malik deyildir:
– Lotereya Təşkilatçısının əməkdaşları və onların ailə üzvləri ( həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri ).
– Lotereyanın keçirilməsi ilə əlaqədar olan və yaxud Lotereyanın keçirilməsinə cəlb olunan reklam agentliklərinin nümayəndələri, partnyorlarının sahibləri və ya əməkdaşları və onların ailə üzvləri ( həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri )
– Lotereya qaydalarının müəyyən edilməsi üzrə komissiyanın üzvləri, əməkdaşları və onların ailə üzvləri ( həyat yoldaşı, övladları, qardaşı, bacısı, valideynləri )
– 18 yaşını tamamlamamış şəxslər (yalnız 18 yaşına çatmış və könüllü şəkildə lotereyada iştirak etmək niyyətində olan şəxslərin Lotereya iştirakçısı olmaq hüququ vardır)
3.1 Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea çeşidlərindən 450 qramlıq məhsul alan Lotereyanın iştirakçıları aşağıdakı 9 ədəd avtomobildən birini qazanma şansı əldə edəcək.
Avtomobil: VOLKSWAGEN POLO- 9 ədəd (Göy rəngdə)
VOLKSWAGEN POLO Exclusive 2021 (Göy)
1,6 L MPI Mühərrik, 110 at güclü, 6-Avtomat sürət qutusu, Euro 5 ekoloji standart, yüngül lehmli disklər “Akono” 6J x 15, təkərlər 185/60 R15, sink gövdə, yaşıl atermal şüşülər, pis yollar üçün asma, hər cür hava şəraitində işləyən proyeksiya tipli LED faralar, arxa LED işıqlar, gündüz işıqları, xrom radiator barmaqlığı, xrom dekorativ elementli arxa bamper, ön tərəfdə ayaqlar üçün olan hissədə atmosfer işıqlandırılması, sürət qutusunun qolunda və dayanacaq əyləcində dəri işləmə, hündürlüyü tənzimləyən sürücü oturacağı, parça oturacaq üzlekləri, qutusu olan mərkəzi qoltuqaltı, ön disk əyləcləri, arxa disk əyləcləri, elektron immobilayzer, kilidlənməyə qarşı əyləc sistemi (ABS), ESC sanitləşdirmə sistemi, bütün qapılar üçün elektrik şüşəqaldıranlar, içəridən əl ilə tənzimlənən yan güzgülər, arxa şüşə qızdırıcısı, polad ehtiyat təkər, təkrar sirkulyasiya rejimində olan avtomatik “Climatronic” klimat kontrol və s.
3.2 Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea çeşidlərindən 225 qramlıq məhsul alan Lotereyanın iştirakçıları 180 ədəd Mobil Telefonlardan birini qazanma şansı əldə edəcək. (Xüsusiyyətlər qoşmada göstərilmişdir)
SAMSUNG Galaxy M52 128GB (Qara)
• Əməliyyat sistem: Android 11, One UI 3.1
• Prosessor tipi (Chipset): Qualcomm SM7325 Snapdragon 778G 5G (6 nm)
• Prosessor tezliyi (CPU): Octa-core (4×2.4 GHz Kryo 670 & 4×1.8 GHz Kryo 670)
• Qrafik prosessor (GPU): Adreno 642L
• Nüvə sayı: 8
• Ekran tipi: Super AMOLED Plus, 120Hz
• Ekran ölçüsü: 6.7 inches, 108.4 cm2 (~86.4% screen-to-body ratio)
• Ekran imkanları: 1080 x 2400 pixels, 20:9 ratio (~393 ppi density)
• LTE: Var. 5G: Var
• NFC: Var
• SIM-kart növü: Dual SIM (Nano-SIM, dual stand-by)
• SIM-kart sayı: 2
• Batareya tutumu (mAh): 5000
• Batareyanın növü: Non-removable Li-Ion
• Sürətli şarj 25W
• Əsas kamera: 64 MP, f/1.8, 26mm (wide), PDAF
• 12 MP, f/2.2, 123˚, (ultrawide)
• 5 MP, f/2.4, (macro)
• Özəlliklər: LED flash, panorama, HDR
• Ön kamera: 32 MP, f/2.2, (wide)
• Əsas kamera: [email protected], [email protected]
• Ön kamera: [email protected]
• Operativ yaddaş (RAM): 6 GB
• Yaddaş kartı dəstəyi: microSDXC (SIM yuvasından istifadə edir)
• Ölçülər (H x E x Q): 164.2 x 76.4 x 7.4 mm
• Çəki: 173 g
• Ön şüşə, arxa/çərçivə plastik
4.1. Uduş fondunun oynanılması – uduşda iştirak etmə hüququ əldə edəcək Lotereya iştirakçısı və Lotereyada Qalibin müəyyən edilməsi mövcud qaydalara uyğun olaraq aşağıda göstərilən təlimat nəzərə alınmaqla həyata keçirilir.
4.2. Uduş fondunun oynanılmasında qalib ola bilmək üçün hansı qutunun içindəki şifrə sms vasitəsi ilə göndərilmişsə, şifrə yazısına heç bir zərər gəlmədən qorunub saxlanılmalı və təleb olunduqda təşkilatçıya təslim edilə bilməlidir.
4.3. Hər bir fərqli şifrə göndərilişi lotereyada yalnız bir iştirak hüququ qazandırır.
4.4. Uduş fondunun oynanılması 2 fərqli formada təşkil ediləcəkdir. Volkswagen Polo Avtomobililləri Lototron vasitəsi ilə şəffaf formada canlı yayımla həyata keçiriləcəkdir. Lototronun içərisində istirakçı saylarına uyğun rəqəmlər yerləşdirilmiş kiçik toplar olacaq. Lototrondan hansı sıra sayısı çıxarsa, həmin sıra sayısının sistem tərəfindən avtomatik qaydada verilmiş olduğu şifrəli Final çay qutusunun sahibi iştirakçı qalib olmuş olacaq. Misal üçün Lotereyanın iştirakçı sayısı 82537 nəfər olarsa, bu o deməkdir ki, toplamda 5 Lototron olacaq və lototronların içərisində iştirakçı saylarına uyğun ‘0’-dan ‘9’-a qədər rəqəmlər yer alacaq. Hər ay uduş fondunda olan aşağıdakı digər uduşlər isə iştirakçıların göndərdikləri sms-lərə cavab olaraq göndərilən sıra nömrələrinin hamısını tək-tək əks etdirən 8sm X 13sm ölçülü mətbəədə basqı edilən kağızlar tək-tək lotodroma atılacaq və çəkilişlər həyata keçiriləcəkdir. Hər çəkilişdə 1 qalib müəyyən ediləcəkdir.
Qaliblərə sms vasitəsi ilə qalib olduqları haqqında məlumat göndəriləcəkdir.
4.5. İstehlakçılar yaranan suallarla əlaqədar ‘Stimullaşdırıcı Lotereya’ üçün elan olunacaq qaynar xətlər vasitəsi ilə təşkilatçıya müraciət edərək kömək istəyə biləcəklər.
4.6. Uduşun oynanılma tarixləri və yeri: Uduş fondunun oynanılması Lotereyanın keçirilmə müddəti ərzində hər ay bitdikdən sonra növbəti ayın müəyyən edilmiş günləri olmaqla, toplamda 3 tirajla həyata keçiriləcəkdir. Beləliklə 1-ci tiraj 01.11.2022, 2-ci tiraj 01.12.2022 və 3-cü tiraj 05.01.2023 tarixlərində keçiriləcək. Uduş fondunun oynanılması qeyd olunan tarixlərdə Zığ şossesi 22 km, AZ1000 Bakı, Azərbaycan ünvanında yerləşən Dreamland Golf Club -da həyata keçiriləcəkdir və Final Çay markasının İnstagram səhifəsindən (finalcay) canlı şəkildə yayımlanacaqdır.
4.7. Hər ay yalnız 3 avtomobil və 60 ədəd Samsung Galaxy M52 Mobil Telefon uduşları oynanılacaq, o cümlədən hər ay oynanılan uduşda yalnız 63 iştirakçı qalib ola biləcək.
5.1.1. Qaliblərin avtomobil uduşları Uduş fondunun oynanılması 4.6 bəndində qeyd olunan Dreamland Golf Club -da sahiblərinə təqdim olunacaqdır. Göstərilən digər uduşlar isə, görə Dreamland Golf Club – da və ya bölgələrdə Sun Food bölgə nümayəndəliklərində təqdim ediləcəkdir.
5.1.2. Uduş fondunun oynanılmasında qalib olunması halında, içərisindəki iştirakçı şifrəsininin göndərildiyi Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 225q və 450q çay qutusu yanında yoxdursa, uduş Qalibə təslim edilə bilməz. Bu səbəblə, iştirakçı şifrəsi göndərildikdən sonra həmin Final Çay qutusu Lotereya müddətində və ondan sonrakı 90 (doqsan) iş günü ərzində həmin şəxs tərəfindən qorunub saxlanılmalıdır. Qalib şəxslər şifrənin olduğu çay qutusunu gətirmədiyi təqdirdə uduşun verilməsindən imtina edilə bilər.
5.1.3. Saxlanılan Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 225q və 450q-lıq çay qutusunun içərisində çap olunmuş şifrə hər hansı bir şəkildə zərər görməməli və deformasiyaya məruz qalmamalıdır. Yoxsa qalibin uduşu təslim edilə bilməz.
5.1.4. İştirakçı olan Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 225q və 450q-lıq qutunun saxlanılması içərisindəki şifrəni sms vasitəsi ilə göndərərək stimullaşdırıcı lotereyaya qatılan şəxsin məsuliyyətindədir.
5.1.5. Uduş dəyərinin pul ekvivalenti verilmir.
5.1.6. Lotereya təşkilatçısı vergi və yığımların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq ödənilməsinə görə öhdəliyi uduşun qalibə təhvil verilən anına qədər öz üzərinə götürür.
5.1.7. İştirakçı şifrələrinin sms vasitəsi ilə göndərilməsi Lotereyanın başlayacagı 15.09.2022-ci il günü saat 00:00-dan Lotereya tarixinin bitəcəyi 31.12.2022-ci il tarixində saat 24:00-dək mümkün olacaqdır. Bu müddət xaricində göndəriləcək şifrələr keçərsiz hesab ediləcəkdir.
5.1.8. Qalib olan iştirakçılar uduş fondunun oynanıldığı tarixdən sonra ən gec 90 (doqsan) iş günü ərzində qalib gələn Final çayının şifrəli qutusu və şəxsiyyət vəsiqəsi ilə birlikdə Təşkilatçıya müraciət edərək Volkswagen Polo avtomobil və digər uduşunu tələb edə biləcək. Bu müddət ərzində Təşkilatçıya müraciət üçün qaynar xəttlər açıq olacaqdır.
5.1.9. Keçirilən Lotereyada mülkiyyət ilə bağlı hər hansı mübahisə olduğu halda, mübahisə ilə bağlı Azərbaycan Respublikası məhkəmələrinin və müvafiq hüquq-mühafizə orqanlarının yekun qərarlarına qədər uduşun verilməsindən imtina etmək hüququnu Təşkilatçı özündə saxlayır.
5.1.10. Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 450 qramlıq məhsullar üçün Volkswagen Polo uduşu Təşkilatçı tərəfindən qalib gələn şifrəli Final çay qutusu qəbul edildiyi halda 30 (otuz) gün ərzində təqdim ediləcəkdir.
5.1.11. Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 225 qramlıq məhsullar üçün qazanılan uduşlar isə qutular təqdim edildikdən 30 (otuz) gün ərzində təqdim ediləcəkdir.
6.1. Lotereya şərtləri ilə tanış olmaq
6.2. Hazırkı şərtlər ilə müəyyən olunan qaydada Lotereyada iştirak etmək, şərtlərdəki dəyişikliklər haqqında məlumat almaq
6.3. Lotereya iştirakçısı Lotereyanın şərtlərinə müvafiq olaraq Lotereya haqqında məlumatın alınmasını Təşkilatçıdan istəmək
6.4. Qalibin öz şifrə göndərilmə və sistem tərəfindən verilmiş sıra sayısına uyğun olaraq Təşkilatçıdan uduşun verilməsini tələb etmək.
6.5. Stimullaşdırıcı Lotereya ilə əlaqədar məlumat və ya kömək əldə etmək üçün təyin olunan qaynar xətt nömrələrinə birbaşa müraciət oluna bilər.
7.1. Lotereyanın iştiraçıları lotereyada iştirak və lotereyanın şərtləri ilə müəyyən olunan müddətdə uduşların alınması ilə əlaqədar olan bütün tələblərini yerinə yetirməyə borcludur.
8.1. Lotereyanın təşkilatçısı Lotereyanın keçirilməsini başa çatdırmağa, o cümlədən qaliblərin uduşlarının təqdim olunmasını həyata keçirməyə, bu iştirakçılara qarşı münasibətdə digər zəruri tələbləri icra etməyə borcludur.
8.2. Lotereyanın keçirilməsinin dayandırılması və ya vaxtından əvvəl dayandırılması Lotereyanın Təşkilatçısını qaliblərin uduşlarının təqdim olunması və digər zəruri tələblərin həyata keçirilməsi zərurətindən azad etmir.
8.3. Lotereyanın Təşkilatçısı hazırkı Şərtlər və Azərbaycan Respublikasının qununvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla üçüncü şəxslərə Lotereyanın İştirakçısı haqqında məlumatı təqdim etmə hüququna malik deyildir, ancaq qalibləri ictimayetə elan edə bilər.
8.4. Lotereya şərtlərinin bütün tələblərini yerinə yetirmiş Qaliblərə uduşlar verilməlidir.
9.1. Lotereya Təşkilatçısının məsuliyyəti uduşun hazırkı qaydalarla müəyyən edilmiş dəyəri və say çərçivəsindən kənara çıxmir.
10.1. Lotereyada udan şəxsin yazılı razılığı əsasında öz Adının və Soyadının, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan ( o cümlədən üçüncü şəxslərə ötürülməsi vasitəsi ilə ) üsullarla marketinq üçün istifadə edilə bilər.
10.2.İştirakçı yazılı razılıq ilə göstərilən məlumatların, foto şəkillərin, müsahibələrin, digər materialların kütləvi informasiya vasitələrində, hər hansı çap, audio-video materiallarında pulsuz olaraq isdifadə edilməsinə öz razılığını təsdiq edir.
10.3. Oynanılmış uduş fondunun nəticələri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən nəzarət edilməsi məqsədi ilə aşağıdakı web səhifədən gösətilən kod parol ilə girişlə təmin ediləcəkdir.
Giriş zamanı qanunvericiliyə uyğun olaraq aşağıda göstərilən məlumatlar dərc olunacaqdır:
– Lotereya iştirakçısının adı, soyadı, atasının adı, doğum tarixi;
– Lotereya iştirakçısının şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və FİN kodu;
– Lotereya iştirakçısının mobil nömrəsi və elektron poçt ünvanı.
Web səhifə : www.finaldaqazan.az
11.1. Lotereyada iştirak etmək iştirakçının hazırki Şərtlərlə tanışlığını və tam razılığını nəzərdə tutur. Stimullaşdırıcı Lotereya qaydalarının 3.1-ci bəndində qeyd edilən məlumatlar Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 450q çay qutuları və 3.2-ci bəndində qeyd edilən məlumatlar Final Melody Tea, Best Blend Tea, Ultra Earl Grey Tea, Earl Grey Tea, Ceylon Pekoe Tea və Super Tea 225q çay qutuları üzərlərində əks olunacaqdır. Bundan əlavə, Lotereya haqqında bilgiləndirici məlumatlar TV, radio və internet vasitəsi ilə də Lotereya istehlakçılarına təqdim ediləcəkdir.
11.2. Lotereyanın qaydaları barədə məlumatlandırma Lotereya barədə elan verilməsi və yayımlanan reklam materiallarında Lotereya barədə qısaldılmış məlumatın yerləşdirilməsi vasitəsi ilə həyata keçirilir.
11.3. Oynanılmış uduş fondunun nəticələri barədə məlumat ‘www.finaldaqazan.az’ web səhifəsində, Final Çay markasının sosial media səhifələrində dərc edilecəkdir.